Dost ölkədə də güclü zəlzələ oldu: binalar dağıldı

Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss olunub.

Globalinfo.az xəbər verir ki, zəlzələ nəticəsində bəzi binalarda çatlar əmələ gəlib. Bir neçə yaşayış binası ilə dağılıb.

İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində tələfat olmayıb.

Qeyd edək ki, bu gün Əfqanıstanda 7,8 ​​maqnitudada zəlzələ baş verib. Zəlzələnin episentri 161 min nəfərdən çox əhalisi olan Kunduz şəhərindən 195 km şərqdə yerləşib.