pakistan mescid

Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ölənlərdən 16-sı polis əməkdaşıdır.

Bundan başqa hadisə zamanı 100-dən çox insan yaralanıb.

Bundan başqa terrorçularla baş verən atışma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları altı yaraqlı zərərsizləşdirib.(“Report”)

Paylaş: