6a3ab5f42fc5d6a3ab5f42fc5e17822325646a3ab5f42fc5b6a3ab5f42fc5c 24

Pakistanın Kəraçi şəhərində təhlükəsizlik qüvvələrinin qərargahına terror hücumu olub, azı 6 nəfər həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Dawn” nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, həlak olanlardan üçü təhlükəsizlik qüvvələrinin əməkdaşı, digər üçü isə zərərsizləşdirilən terrorçulardır.

Hazırda hadisə yerində xüsusi təyinatlı qüvvələr tərəfindən terrorçuların tam zərərsizləşdirilməsi məqsədilə əməliyyat davam etdirilir.

Paylaş: