63efa3573701c63efa3573701d167664930363efa3573701a63efa3573701b

Pakistanın Kəraçi şəhərində polis idarəsinə hücumda 4 nəfər həlak olub.

Bu barədə Sind əyaləti hökumətinin sözçüsü Murtaza Vahab Siddiqi bildirib.

Həlak olanlardan ikisi polis, biri texniki işçi, digəri isə hərbiləşdirilmiş dəstənin üzvüdür.

***

Pakistanın Kəraçi şəhərində terrorçuların polis idarəsinə silahlı hücumu nəticəsində azı iki nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.

Silah və partlayış səslərinin eşidildiyi əraziyə polis snayperləri yerləşdirilib, bütün işıqlar söndürülüb.

Məlumata görə, hücumun əvvəlində binanın daxilində bir neçə kiçik partlayışdan sonra güclü partlayış səsi eşidilib.

Talibanın Pakistandakı qolu – Təhrik-i-Taliban Pakistan (TTP) terror təşkilatı jurnalistlərə göndərdiyi mesajda hücuma görə məsuliyyəti üzərinə götürüb.

Binaya azı 5 terrorçunun daxil olduğu, hücum zamanı idarədə azı 30 polisin olduğu bildirilib.

Ərazidə nəqliyyatın hərəkəti məhdudladırılıb, hadisə yerinə təhlükəsizlik qüvvələrinin ağır texnikası və hərbçilər cəlb edilib.

Hücumun davam etdiyi bildirilir.

***

Pakistanın Kəraçi şəhərində 8-10 silahlı şəxs Kəraçi Polis İdarəsinə hücum edib.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kəraçi polis rəisi Cavid Alem Odho atışmanı təsdiqləyib və bir polisin yaralandığını bildirib.

Səlahiyyətlilər hücum edənlərlə polis arasında qarşıdurmaların davam etdiyini bildirib.

Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

Paylaş: