sahbaz asan

Yanvarın 14-də Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılışı olub. 

Globalinfo.az xəbər verir ki, mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.

“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır.

Mərkəzin girişində Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.

WhatsApp Image 2026 01 15 at 10.29.08 1
pakistan asan
WhatsApp Image 2026 01 15 at 10.29.10
WhatsApp Image 2026 01 15 at 10.29.15
2859ee48 fec6 4b86 b279 99199324ffbd

Paylaş: