
Pakistanda sərnişin qatarının silahlılar tərəfindən ələ keçirilməsi zamanı azı 10 nəfər həlak olub.
Globalinfo.az bildirir ki, Oxu.Az bu barədə “Dawn” qəzetinə istinadən məlumat verib.
Qəzetin məlumatına görə, qatar maşinisti və təhlükəsizlik xidmətinin azı səkkiz əməkdaşı həlak olub.
Nəşr vurğulayır ki, rəsmi olaraq dəqiq ölü sayı hələ açıqlanmayıb.
Bundan əlavə, əks-terror əməliyyatı başladıqdan sonra 37 nəfər xəstəxanaya yerləşdirilib.
Pakistan Radiosu güc qurumlarındakı mənbələrə istinadən bildirir ki, döyüşçülərdə partlayıcı var. Ekstremistlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi üzrə xüsusi əməliyyat davam edir.
Daha əvvəl Geo TV kanalı xəbər vermişdi ki, hücum zamanı qatarda olan 450 girov sərnişindən ən azı 155 nəfəri artıq azad edilib. Təxminən 30 döyüşçü zərərsizləşdirilib. Qatarın ələ keçirilməsində iştirak edən ekstremistlərin dəqiq sayı məlum deyil.
***09:41
Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində qatarda girov saxlanılan 155-yə yaxın sərnişini azad edib.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, qatarda təxminən 450 sərnişin olub. Onlar “Bəlucistan Azadlıq Ordusu”nun yaraqlıları tərəfindən girov saxlanılıblar.
Əməliyyat tədbirləri zamanı sərnişinləri girov saxlayan 27 yaraqlı zərərsizləşdirilib.
Xilasetmə əməliyyatının hələ başa çatmadığı bildirilir. Xilas edilən girovlardan bəziləri xəstəxanaya yerləşdirilib. Təxminən on girov silahlılar tərəfindən öldürülüb.