Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, olay nəticəsində azı 24 nəfər ölüb, 44 nəfər isə yaralanıb.
Bəlucistan polisinin baş müfəttişi Muzzam Ca Ənsari bildirib ki, partlayışın hədəfi quru qoşunları məktəbinin əsgərləri olub. Onun sözlərinə görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.
Polisin baş komandiri Muhammad Balox qeyd edib ki, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi güman edilir, araşdırma aparılır.
“Partlayış dəmir yolu vağzalında, Pişəvərə gedən ekspress təyinat yerinə getməyə hazırlaşarkən baş verib”, – Balox vurğulayıb.
Hələlik partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
***
Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol stansiyasının yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində azı 20 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Geo TV” kanalı xəbər yayıb.
Bildirilir ki, partlayış qatar gəlməzdən əvvəl stansiyanın kassa şöbəsində baş verib.
Yaralılar şəhər xəstəxanasına çatdırılıblar. Əlavə həkimlər və köməkçi personal növbəyə çağırılıblar. Polis hadisə ilə bağlı araşdırma aparır, fövqəladə vəziyyət elan edilib.