Pakistanda Azərbaycanla bağlı tapşırıq verildi

267088e4 e168 3485 9a88 203f6be67554 850

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla əlaqələrin gücləndirilməsinə tapşırıq verib.

Globalinfo.azReport”a istinadən xəbər verir ki, bunu o, nazirliklərarası iclasda bildirib.

Hökumət rəsmisi iclasda Azərbaycanla əlaqələrin gücləndirilməsinin ölkəsinin prioriteti olduğunu vurğulayıb, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

M.İ.Dar həmçinin Azərbaycanın iştirakı ilə həyata keçiriləcək investisiya layihələri ilə bağlı işləri sürətləndirməyi tapşırıb.