“Əfqanıstanın hücumu nəticəsində Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Qarşı tərəfin itkilərinin sayının 200-dən çoxdur. Bundan başqa, 21 mövqedə müvəqqəti nəzarət təmin olunub”, – deyə bildirilib.
Qeyd edək ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları dövlət sərhədi boyunca Pakistan mövqelərinə hücum ediblər.
Əliyar Xəlil
Globalinfo.az