Öz qaladığı tonqala düşərək öldü

İmişlidə epilepsiya xəstəsi olan şəxs tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında R.Məmmədov küçəsində qeydə alınıb.

İmişli şəhər sakini 1984-cü il təvəllüdlü Pünhan Hafiz oğlu İbişov sözügedən küçədə yol kənarında tonqal qalayıb.

O, epileptik tutma nəticəsində tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.