xamenei 900x516 2

İranın mərhum ali rəhbəri Əli Xameneinin dörd oğlu — Mustafa Xamenei, Müctəba Xamenei, Məsud Xamenei və Meysəm Xamenei vida mərasimində ictimaiyyət qarşısında görünməyiblər və onların iştirakı rəsmi şəkildə təsdiqlənməyib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli sosial mediada məlumatlar yayılıb.

Məlumata görə, Xameneinin iki qızı — Büşra Xamenei və Hüda Xamenei də mərasimdə iştirak etməyiblər.

İran rəsmiləri Xameneinin ailə üzvlərinin mərasimdə iştirakı və ya iştirak etməməsi ilə bağlı ətraflı rəsmi açıqlama verməyiblər.

Paylaş: