Övladının məktəbi bitirməsi münasibəti ilə qurduğu məclisdə dava düşdü – Xəsarət alan var / FOTO

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbə sakini, 1997-ci il təvəllüdlü İlkin Cəfərovun sol gözünün üst nahiyəsinin çapılmış, aşa nahiyəsinin isə hematoması və şişkinliyi xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq araşdırmalar nəticəsində məlum olub ki, İ. Cəfərov qonaq qismində iştirak edən rayon ərazisindəki mərasim evlərinin birində həmyerlisi Ramin Məmmədov ilə şəxsi münasibətlər zəminində mübahisə edib və sonuncu ona qeyd edilən xəsarətləri yetirib.

Hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir

***

Daşkəsən şəhərində yerləşən restoranların birində keçirilən məclisdə qonaqlar arasında yaşanan mübahisə davaya çevrilib, xəsarət alan var.

Globalinfo.az xəbər verir ki, valideyn övladının məktəbi bitirməsi münasibəti ilə məclis təşkil edib. Bu zaman qonaqlar arasında dava düşüb.

Mübahisə zəminində Daşkəsən rayon sakini, 1997-ci il təvəllüdlü İ.Cəfərov baş və üz nahiyəsindən xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.