Övladı tərəfindən öldürülən ata-ana görün kim imiş – FOTO / YENİLƏNİB

17:29

Bakıda övladı tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.

Globalinfo.az xəbər verir ki, Bikə Əhmədova 01.09.2002-ci ildən 2012-ci ilə qədər Xətai rayonu Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. 2012-2021-ci ilə qədər Xətai rayonu 138 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

Mehman Əhmədov isə dəmir yolu işçisi olub. 2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutub.

Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.