“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı çərçivəsində mümkündür”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O, Moskvanın prosesə qoşulmağa hazır olduğunu bildirib:
“Rusiya hər zaman Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdikyası prinsipləri əsasında nəqliyyat kommunikasiyalarının açılmasına kömək etməyə hazırdır”.
A.Overçuk Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla iki ölkə arasında iqtisadi və ticarət əlqələrini müzakirə edib.