Gürcüstanın Marneuli bələdiyyəsinin ərazisində itkin düşən azərbaycanlının meyiti tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Bildirilib ki, yanvarın 18-i ov məqsədilə dağa yollanan 83 yaşlı Fəhrəd Namazovun meyiti bu gün aşkarlanıb.
Onun nəşi ov etdiyi dağlıq ərazidə tapılıb.
Faktlar bağlı araşdırma başladılıb.