Vətəndaşlardan 300 min manat oğurlandı – DİN

kart ogurluq

Son bir həftə ərzində vətəndaşların kartlarından 300 min manata yaxın pul oğurlanıb.

Globalinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatlara əsasən, aprelin 7-dən 13-dək (1 həftə ərzində) ümumilikdə 284 min 528 manat və 595 dollar pul vətəndaşların kartlarından oğurlanıb.

Qeyd olunmalıdır ki, Daxili İşlər Nazirliyi bir müddətdir vətəndaşlara müraciət edərək kart məlumatlarını heç kim ilə bölüşməməklə bağlı çağırışlar edir:

Çağırışlarda deyilir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

Daxili İşlər Nazirliyinin davamlı çağırışlarından sonra kibertalamalarla bağlı vəziyyət azalma müşahidə olunur və çağırışlarla bağlı fəaliyyət müsbət nəticələr verir.

Statistikaya görə, aprelin 7-də vətəndaşların kartlarından 67 min manata yaxın pul oğurlanıb. Aprelin 13-də isə məbləğ 13 min 818 manata qədər azalıb.

***09:23

Ötən gün vətəndaşların bank kartlarından 13 818 manat oğurlanıb.

Bu baradə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 14-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4000, 3482, 1621, 1500, 750, 650, 537, 340, 300, 300, 220, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.