Osmanlı sultanının nəvəsi evləndi – FOTO

Osmanlı sülaləsinin yaşayan 14 qadın üzvündən biri olan Berna Sultan Osmanoğlu 25 yaşında ailə qurub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, İstanbulda özünə toy edib.

Toy mərasimi Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra mehtər qrupunun marşları ifa edilib.

Bəy və gəlin maraqlı geyimlərilə diqqət çəkiblər.

Gəlinin atası Orxan Osmanoğlu dördüncü övladının ailə qurmasına çox sevindiyini bildirib.

Qeyd edək ki, Berna Sultan Osmanoğlu 1998-ci ildə İstanbulda anadan olub. O, 34-cü Osmanlı sultanı II Əbdülhəmid Xanın beşinci nəsildən olan nəvəsidir.