Məşhur amerikalı rejissor və aktyor Mark Raydell vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb.
Bildirilib ki, o, 97 yaşında kino və televiziya işçiləri üçün nəzərdə tutulan qocalar evində təbii səbəblərdən dünyasını dəyişib.
Qeyd edək ki, Raydell aktyor kimi “Uzun vida” və “Hollivudun sonu” filmlərində rol alıb.
1960-cı illərin ortalarında ilk filmi “Tülkü”nü rejissor kimi təqdim edən sənətçi karyerasının ən böyük uğuruna 1981-ci ildə çəkdiyi “Qızıl göldə” filmi ilə imza atıb. Henri Fonda, Ceyn Fonda və Ketrin Hepbernın rol aldığı ekran işi Raydellə “Oskar”da “Ən yaxşı rejissor” nominasiyası qazandırıb.