
Ramazan ayı boyunca müzakirə olunan məsələlərdən biri də insanların qan verməsi ilə bağlıdır. Bəziləri iddia edirlər ki, oruc tutan kimsə qan verə bilməz. Bir qism isə bunun tam əksini deyir və oruc tutan insanın qan donoru olmasının mümkün olduğunu bildirir.
Oruc tutan insan qan verə bilərmi? Ümumiyyətlə, qan vermək orucu pozurmu?
Globalinfo.az-a danışan “Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətov deyib ki, oruc tutan insan qan donoru ola bilər:
“Oruc tutan şəxsin qan verməsində qəbahət yoxdur. Əgər qan vermək həmin insanı zəif salmayacaqsa, onun orucuna xələl gətirəcək qədər çətinlik yaratmayacaqsa, qan verə bilər. Qan vermək orucu pozmur”.
Zaira Akifqızı
Globalinfo.az