“Oruc mənə İslamın əsl üzünü göstərdi” – Quterreş

“Oruc mənə İslamın əsl üzünü göstərdi”.

Globalinfo.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres hər il Ramazan ayında qaçqın icmalarını ziyarət edərkən deyib.

O, dünyanın bir çox yerində sülhün olmadığını bildirib:

“Düşünürəm ki, sülhə nail olmaq üçün birləşməyin vaxtıdır. Sülh dünyada sahib ola biləcəyimiz ən dəyərli şeydir” – deyə Quttereş qeyd edib.

Ramazan ayında müsəlmanlarla birlikdə oruc tutmağın ona İslamın əsl üzünü göstərdiyini söyləyən Quterreş, “Qaçqınlara ev sahibliyi edən icmalarda şahidi olduğum sülh, həmrəylik və səxavət hissi, qaçqınların dözümlülüyü və cəsarəti son dərəcə ruhlandırıcı idi” deyə bildirib.