Orta aylıq əməkhaqqı artdı – Nələr olacaq?

2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% artaraq 921,1 manat olub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, orta aylıq əməkhaqqının nominal artımı gözlənilən idi:

Elşən Bağırzadə

“Statistika Komitəsi onu da qeyd edib ki, həmin dövr ərzində iqtisadiyyatda qiymətlər və ya inflyasiya səviyyəsi 9,4% olub. Hətta qiymət artımı qida məhsulları üzrə 10,7%-dir.
Əməkhaqlarının ən azından inflyasiya səviyyəsi qədər artımı əhalinin satınalma gücünün qorunmasına xidmət edir. Əgər belə bir nəticə əldə olunubsa, müsbət qiymətləndirilməlidir”.

Safura Bənnayeva
Globalinfo.az