Ordumuzun ölümcül yaraladığı erməni generala hökm oxundu

celal arutyunyan

Qarabağda keçmiş qondarma rejimin “müdafiə naziri” Cəlal Arutyunyan Ermənistanda 5,5 il azadlıqdan məhrum edilib.

Globalinfo.az xəbər verir ki, o, müharibə zamanı səhlənkarlığa yol verməkdə ittiham edilib. Belə ki, Arutyunyanın doğru olmayan əmr verdiyi ittiham aktında yer alıb. Məhz ona görə, 44 günlük müharibə zamanı 20 erməni hərbçinin öldürüldüyü vurğulanıb.

C.Arutyunyan özünə qarşı iddiaları qəbul etmədiyini deyib.

Qeyd edək ki, Cəlal Arutyunyan II Qarabağ müharibəsində Azərbaycan Ordusunun zərbəsi nəticəsində ağır yaralanmış, daha sonra müalicə üçün İrəvana aparılmışdı.

Əliyar Xəlil
Globalinfo.az