Zabitlərimizin faciəvi şəkildə həlak olduqları qəza ilə bağlı – VİDEO/18+

 

***12:30

Füzuli rayonunun Fin şəhərciyi yaxınlığında baş verən ağır yol qəzası ilə bağlı video yayılıb.

Globalinfo.az-a verilən məlumata görə, hadisə hərbçilərin səhər tezdən xidmət etdikləri N saylı hərbi hissəyə getdikləri vaxt baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, “Qafqazinfo” hadisə zamanı 1984-cü il təvəllüdlü Araz Fazil oğlu Nəzərovun idarə etdiyi “Mercedes” markalı avtomobilin aşdığını, nəticədə sürücü və sərnişinin həlak olduğunu açıqlayıb. Bildirilib ki, qəzada vəfat edən şəxslərin ikisi də Azərbaycan ordusunun zabitləridir. A.Nəzərov mayor, İlkin İmdadlı isə baş leytenant rütbəsində xidmət edirmiş. Onlar Vətən müharibəsində də iştirak ediblər və medallarla təltif ediliblər.

Mayor A.Nəzərov Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərovun qardaşıdır. O, bu gün doğulduğu Goranboyun Qızılhacılı qəsəbəsində dəfn ediləcək.