Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski (hazırda dövlətə xəyanət şübhəsi ilə istintaq təcridxanasındadır) ordunun təchizat vəziyyətinin kəskin pisləşdiyini yazıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Dubinskinin teleqram kanalında bildirilib.
O qeyd edib ki, Ukrayna üçün silah fondunda 2,1 milyard dollar toplanıb, amma bir günlük döyüş təxminən 350 milyon dollara başa gəlir. Onun fikrincə, vəziyyətdən çıxışın yeganə yolu dondurulmuş Rusiya aktivlərinin müsadirəsidir, lakin bu addım Aİ bizneslərinə zərər vura bilər.
“Orduda vəziyyət getdikcə daha da pisləşir. Heç kim buna məhəl qoymur. Artıq sanksiyalar da Rusiyaya təsir etmir. Vəziyyətdən tək bir çıxış yolumuz var. Bu, Rusiya aktivlərinin müsadirəsidir”.
Tahir Turan
Globalinfo.az