Ordubadda qəza: ölən var – FOTO

Ordubad rayonunda Dəstə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, avtomobilin həyətyanı sahənin divarına çırpılması nəticəsində sürücü 1985-ci il təvəllüdlü Həsən Hüseyn oğlu Hüseynov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.