“İranda hərəkətə keçməyə hazırıq”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin baş qərargah rəisi Herçı Xalevi deyib.
“Ordu uzaqda necə hərəkət etmək lazım olduğunu yaxşı bilir. Biz həmçinin yaxında da necə hərəkət edəcəyimizi bilirik. Yaxın illərdə ordu İrana qarşı imkanlarını gücləndirib. Məsafəyə baxmayaraq cavabımız ağır olacaq”, – o bildirib.
Generalın sözlərinə görə, İsrail ABŞ olmadan da hərəkət etmək gücündədir:
“İsrail istənilən təhlükəsizlik çağırışlarına qarşı təkbaşına hərəkət etməyi bilir, amma yenə də ABŞ-ı yanımızda görməyə məmnun olardıq. Biz suveren ölkəyik, qərar qəbul etmək və hərəkət etmək öhdəliyimizi özümüzdə saxlayırıq”.
İlkin Həsənov
Globalinfo.az