
Avropa İttifaqının (Aİ) bir neçə üzvü Macarıstanın Rusiyaya qarşı sanksiyalara veto qoymasından yan keçməyin yolunu tapıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” nəşri mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, bu, ümumavropa deyil, milli səviyyədə edilən məhdudiyyətlərin tətbiqi qərarından ibarət olacaq:
“Altı diplomat təsdiqləyib ki, bir neçə ölkə Rusiyaya qarşı ümumavropa sanksiyalarını daxili qanunlara daxil etmək üçün birgə səy göstərir. Belə addımı nəzərdən keçirən ölkələr arasında əvvəllər məhdudiyyətlər tətbiq etməkdən çəkinən dövlətlər də var. Xüsusilə bunlar Belçika və Çexiyadır”, – nəşr əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcəyini bildirmişdi.
Məlumata görə, Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə Ukraynanın Rusiyanın enerji sektoruna təzyiqi artırmaq çağırışları fonunda 17-ci sanksiyalar paketi müzakirə edilib.
Əliyar Xəlil
Globalinfo.az