116ec13c 2fdb 3c34 baf4 72a98a6959e9 850

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna prezidenti Volodimir Zelenskinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Orban bildirib ki, beynəlxalq müzakirələr ayrı-ayrı siyasətçilərin şəxsiyyəti deyil, Macarıstanın, Ukraynanın və bütövlükdə Avropanın gələcəyi ilə bağlıdır.

O, paylaşımına Zelenskinin çıxışından bir hissəni də əlavə edib.

Ukrayna lideri çıxışında “Viktor” adlı siyasətçinin ölkəsinin ordusunu gücləndirmək əvəzinə öz qarnını böyütmək barədə düşündüyünü demişdi. Kimə işarə etdiyini dəqiqləşdirməsə də, Orban bu sözləri özünə ünvanlanmış tənqid kimi qəbul edib.

Macarıstan baş naziri Zelenskiyə müraciətlə bildirib ki, onun çıxışı Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyən növbəti seçki nitqidir. Orban əlavə edib ki, müzakirə şəxsi münasibətlərdən deyil, regionun gələcəyindən gedir və məhz bu səbəbdən Ukraynanın -yə üzvlüyü mümkünsüzdür.

Hadisə tərəflər arasında siyasi ritorikanın daha da sərtləşdiyini göstərən növbəti polemika kimi qiymətləndirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: