media 1759396139.orban 1759394643328 770x 40uyg5 900x563 4

“Budapeşt Ukraynanı gücləndirmək və onun Macarıstan ilə Rusiya arasında bufer zona kimi fəaliyyət göstərməsini təmin etməkdə maraqlıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Biz Ukraynanın zəifləməsində maraqlı deyilik, əksinə onun möhkəmlənməsini istəyirik. Həmişə MacarıstanRusiya arasında bufer zona (bunu Ukrayna da adlandıra bilərik – red) olmalıdır”, – Orban deyib.

Baş nazir vurğulayıb ki, Macarıstan öz təhlükəsizliyini yalnız Rusiya ilə qonşu olmadığı təqdirdə  təmin edə bilər. O, Ukraynaya dəstək göstərməyə hazır olduğunu söyləyib. Lakin Macarıstanın Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı olduğunu da qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: