media 1759396139.orban 1759394643328 770x 40uyg5 900x563 4

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanı təhdid edir”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Çünki biz müharibəyə cəlb olunmuruq, Ukraynaya pul göndərmirik və mövcud Rusiya enerji resurslarından imtina etmirik. İndi bütün Macarıstan müxalifətinin Ukraynanın tərəfini tutduğu da aydındır.

Onların məqsədi seçkilərdən əvvəl xaos yaratmaqdır. Müxalifət Macarıstan xalqının deyil, Zelenskinin tərəfini tutur”, – deyə o, X sosial şəbəkə hesabında yazıb.

Orban macarları apreldə keçiriləcək parlament seçkilərində “Fidesz” partiyasına səs verməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: