orban putin

Macarıstan Baş nazir Viktor Orbanla rusiyalı həmkarı Vladimir Putin arasında maraqlı dialoq ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, söhbət 2025-ci ilin oktyabr ayında baş tutan danışıqdan gedir.

Orban Putinə məşhur macar nağılını nəql edib. Belə ki, burada şirin əvvəllər siçanın həyatını xilas etdiyi, daha sonra isə siçanın da torda ilişib qaldığına görə şiri qurtardığı yazılıb. Siçan bununla da, şirə hörmətini çatdırıb.

Baş nazir həmin zaman vurğulayıb ki, bu nağıl Moskva ilə Budapeşt arasındakı münasibətləri simvolizə edir.

“Dostluğumuz çox yüksək səviyyəyə çatıb. Kömək edə biləcəyim hər hansı bir məsələdə sizin xidmətinizdəyəm”, – deyə Orban Putinə deyib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: