Orban hədəfdə – Avropada iki plan hazırlanır

orban

Avropa İttifaqı (Aİ) Macarıstana qarşı plan hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Ai) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas danışıb.

“Macarıstan Ukraynanın Aİ-yə üzv olmasına qarşıdır. Amma biz əminik ki, ikitərəfli məsələlər Kiyevin Avropaya inteqrasiyasını ləngitməməlidir. Bizim “B” və “C” planımız var. Lakin diqqətimiz hamının dəstəyini almaqdan ibarət olan “A” planına yönəlib. Hazırda Macarıstan hökuməti ilə işləyirik”, – deyə o bildirib.

Siyasətçi əlavə edib ki, kompromis əldə olunmasa, Avropa İttifaqı başqa yollarla hərəkət edəcək.

O, konkret nədən danışdığını açıqlamayıb.

Günay Rəsulqızı
Globalinfo.az