oqtay rdm

Respublika Diaqnostika Mərkəzi ASC-nin yeni baş direktoru seçilib.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, xəstəxananın baş direktoru vəzifəsinə Rəşid Şamil oğlu Vəzirov gətirilib.

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev Respublika Diaqnostika Mərkəzi” ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib.

Oqtay Şirəliyev bu ilin 3 oktyabrında 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə ayın 9-da, saat 10:00-da Respublika Diaqnostika Mərkəzi ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.

04c4ae6c7529ea8d4bf9b3e60f9d5b33 780597b3 18bb 404f bc8c 16ba63019698

Rəşid Vəzirov

Paylaş: