Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.
Globalinfo.az xəbər verir ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
***12:34
Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyevin Təzəpir məscidində vida mərasimi başlayıb.
Globalinfo.az xəbər verir ki, vida mərasimində səhiyyə naziri Teymur Musayev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və ictimai-siyasi şəxslər iştirak edirlər.
Qeyd edək ki, O.Şirəliyev ötən gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.
O bu gün Yasamalda “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
***09:41
Keçmiş səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi Təzəpir məscidində keçiriləcək.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, vida mərasimi saat 11:00-da baş tutacaq.
Məlumata görə, vida mərasimindən sonra O.Şirəliyevin nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, sabiq nazir dünən 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.
















