Oqtay Əliyevin dəfnindəki bu kadrlar ŞOK ETDİ: “Allah bəlalarını versin!” – VİDEO

***
11:00

“Vəsiyyətimdir. Mən öləndə heç bir media orqanını nə evimin həyətində, nə evimin içində, nə də qəbrimin üstündə görmək istəmirəm. Doğmalarımın pərişan vəziyyətini çəkib yayanların isə indidən Allah bəlasını versin. Haqqımı halal etmirəm!”

Globalinfo.az xəbər verir ki, bu sözləri aparıcı Turan İbrahimov yazıb.

O, Oqtay Əliyevin ölümündən sonra çəkilən kadrların ictimailəşdirilməsinə etiraz edib.

Məlumat üçün bildirək ki, Oqtay Əliyevin ölümündən sonra qəzanın baş verdiyi yerdən kadrlar əvvəlcə Teleqram kanalları və sosial şəbəkələrdə, daha sonra isə media və televiziyada yayılıb. Telekanallar isə Oqtay Əliyevin vida və dəfn mərasimini canlı yayımlayıblar.