Oqtay Əliyevin dəfn olunacağı yer bilindi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki və əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, Oqtay Əliyevin dəfn olunacağı yer məlum olub.

Məlumatda bildirilib ki, əməkdar mədəniyyət işçisinin nəşi hal-hazırda morqdan götürülərək Heydər məscidinə aparılır. Sabah isə səhər saatlarında Mehdiabadda, babasının yanında dəfn olunacaq.