Oqtay Əliyev qəza anında… – Bu fakt İLK DƏFƏ üzə çıxdı

“Tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə problem yoxdur keçib gedəcək deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək  istərdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri xalq artisti Mehriban Zəki bildirib.

“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay… Oqtay… Oqtay… O isə susurdu. O susurdu, maşın çevrilirdi…

Bu sadəcə qəzavü-qədər idi.

Mən sağalacağam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq.

Dilarə də inşallah özünü toparlayar. O, çox güclü qadındır.

Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay.

Martın 22-si belə yazıldı bizim üçün”.

Xatırladaq ki, martın 22-də Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev həlak olub, həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki isə xəsarət alıb.

Tamerlan Yayaqan
Globalinfo.az