Operativ Qərargah pandemiya ilə bağlı son məlumatı açıqladı – YENİLƏNDİ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 829076 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818672 nəfər müalicə olunaraq sağalıb, 10 147 nəfər vəfat edib, aktiv xəstə sayı 257 nəfərdir

Ölkədə son sutka ərzində 1469, hazırkı dövrədək isə 7 545 086 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 158 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, üç və daha çox doza vaksin vurduranların sayı 64, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 15 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 952 081, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 310, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 577, üç və daha çox doza vaksin vurduranların sayı 3 401379, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 815 təşkil edir.