Operativ qərargah məlumat yaydı: Son sutkada…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 82 yeni yoluxma faktı qeydə alınıb, 95 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 701 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 022 nəfər müalicə olunaraq sağalıb, 10 026 nəfər vəfat edib, aktiv xəstə sayı 473 nəfərdir.

Ölkədə son sutka ərzində 851, hazırkı dövrədək isə 7 574 219 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 175 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 30, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 958 207, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 351, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 440, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 053 nəfər təşkil edir.