Operativ Qərargah məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutka ərzində bir yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, infeksiyadan ölüm faktı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 962 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 665 nəfər müalicə olunaraq sağalıb, 10 285 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 834, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 159, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 620, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 333 təşkil edir.