Operativ Qərargah məlumat yaydı

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 4 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 3 nəfər sağalıb, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 831 938 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 624 nəfər müalicə olunaraq sağalıb, hazırda 32 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 501, bu günə qədər isə ümumilikdə 7 642 602 test icra olunub.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza vaksin vurduranların sayı 23, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 966 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 095, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 475, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 289 təşkil edir.