OPEC Baş katibi Azərbaycanda – FOTOLAR

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays Azərbaycanda səfərdədir.

Globalinfo.az xəbər verir ki, Haysam Əl-Qays iyunun 18-də Fəxri xiyabanda Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Qonaq daha sonra Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

OPEC Baş katibi Azərbaycana gəlibOPEC Baş katibi Azərbaycana gəlib