Onu Qarabağa göndərdilər: Xankəndini “Bakının adamı”na verəcək

Qarabağda qeyri-sabit vəziyyət hökm sürür.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Bu günlərdə biz Araik Arutyunyanın “istefa” vermək istəyi barədə yazmışdıq. Bunun qarşısını nüfuzlu şəxslər, keçmiş “prezidentlər” ötən həftənin əvvəlindəki qapalı görüş zamanı aldılar.

Həftəsonu Ruben Vardanyan demək olar ki, bu məlumatı təsdiqlədi. Ancaq belə təəssürat yaranır ki, istefa mövzusu bağlanmayıb.
A.Arutyunyanın dostu Karen Matevosyanın rəhbərlik etdiyi dəstə “parlament”ə daxil olaraq David İşxanyandan hesabat istəməyə çalışıb.

İstefa barədə öyrənən Matevosyan cümə axşamı Arutyunyanla görüşüb. O, məlumatı təsdiqləyərək ətrafında heç kimin olmadığını, hər kəsin onu günahlandırdığını və buna görə də “istefa”ya getmək istədiyini bildirib.
Matevosyan öz dəstəsi ilə cəld “parlament”ə tələsib ki, Araiki müdafiə etsin, “deputat”ları Arutyunyana dəstəyə çağırsın”, – nəşr yazıb.

Matevosyan qeyd edib ki, cari vəziyyətdə keçmiş “prezidentlər” də günahkardırlar və onlar razılığa gələ bilməsələr, həmin şəxslərlə “işi olacaq”.

Nəşr vurğulayıb ki, Matevosyanı İrəvandan idarə edirlər. Hazırda Qarabağda xaos və anarxiya olması Paşinyanı qane edir. Matevosyanı isə fors-major hal yaşanacağı zaman “hakimiyyəyt”i heç olmasa Samvel Babayana vermək üçün aktivləşdiriblər.
Samvel Babayanla Matevosyanın dost olduğu bildirilir.

Babayan Azərbaycanla danışıqların tərəfdarı olduğu üçün bəzi ermənilər onu “Bakının adamı” adlandırırlar.

Tamerlan Yayaqan
Globalinfo.az