Onların həbs müddəti uzadıldı

Baş Prokurorluq “Abzas media”nın işində istintaqın uzadılması üçün məhkəməyə müraciət edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsinin hakimi Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun müraciətinə müsbət cavab verilib.

Qərara əsasən, “Abzas media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), direktor müavini Məhəmməd Kekalov və əməkdaşları Hafiz Babalı ilə Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay artırılıb.

***12:55

“Abzas media”nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha uzadılıb.

Qeyd edək ki, S.Vaqifqızı ötən ilin noyabrında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinir.

X X X

“Abzas Media” işi çərçivəsində həbs edilən Hafiz Babalı və Ülvi Həsənli barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, onların həbs müddəti daha üç ay uzadılıb.

Xatırladaq ki, H.Babalı və Ü.Həsənli ötən il saxlanılıb. Daha sonra barələrində həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra “Abzas Media”nın əməkdaşlarına qarşı yeni ittihamlar irəli sürülüb.