“Ölkənin doğru yöndə inkişafı üçün müxalifətin zəifləməsi vacibdir”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
Baş nazir ölkədə radikal müxalifətin çətin situasiyada olduğunu bildirib:
“Vəziyyət hər gün bir az da dərinləşir. Proseslərin bu istiqamətdə getməsi vacibdir. Bütün bunlar olmalıdır ki, ölkə inkişaf etsin. Biz əvvəlki illərin təcrübəsinə əsasən müxalifət güclənəndə dövlətin mövqeyinin zəiflədiyini bilirik. Ona görə də, müxalifətin zəiflədilməsi vəzifələr sırasındadır”.
Qeyd edək ki, bundan öncə Gürcüstan müxalifəti seçkinin nəticələrini tanımayıb və ölkədə etiraz aksiyalarına başlayıb. Müxalifət dünəndən etibarən Tbilisi Dövlət Universitetinin önündə çadırlar qurur.
Əliyar Xəlil
Globalinfo.az