
“Səsvermə məntəqələrində seçki qutularını korlayanlar satqınlardır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O bildirib ki, seçki qutularını zədələyənlər və yanğın törədənlər dövlətə xəyanətdə və digər ağır maddələrdə ittiham oluna bilər.
“Onlar satqındırlar. Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə (xarici dövlətə yardım göstərərək vətənə xəyanət etmək) mühakimə oluna bilərlər. Bu, kibritlə oynayan uşaqların məsum zarafatı deyil. Bu, şəhərlərimizi raket atəşinə tutan düşmənlərə birbaşa yardımdır”, – Medvedev vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az