“Məni öldürmək istəyirlər!” – Rasim Balayev

“Adi qripə yoluxmuşam, hazırda bu xəstəliyi yüngül keçirirəm. Başqa heç bir xəstəliyim yoxdur və işimin başındayam”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Xalq artisti  Rasim Balayev xəstəliyi ilə bağlı yayılan xəbərlər haqda danışarkən deyib.

Aktyor bildirib ki, bəzi jurnalistlər onun koronavirusa yoluxduğunu iddia edib:

“O jurnalistlər xəbəri tez yazmaq üçün adamı lap öldürmək istəyirlər. Məndən koronavirusa yoluxduğum haqda soruşublar, mən də bunun adi qrip olduğunu bildirmişəm.

Bu, çox pis xəstəlikdir. Yeni ildən öncə qripə yoluxdum və 15 günə yaxın hərarət oldu. Sonra sağaldım və işə gəldim. Qəribə olan odur ki, 1-2 gündən sonra hərarət yenə 38.5 oldu və üşüməyə başladım. Beləcə yenə evdə qalıb sağaldım. Artıq bir həftədir ki, işə çıxıram”.

Qeyd edək ki, mətbuatda Xalq artisti Rasim Balayevin səhhətində problem yarandığı üçün işə çıxmadığı haqda xəbərlər yayılıb.

Zaira Akifqızı
Globalinfo.az