Rus qoşunları çıxan kimi türklər deyəcək ki… – Erməni general

“Ermənistan hakimiyyəti Rusiyanı çıxarmağa, ölkəni türk vilayətinə çevirməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu ədliyyə general-mayoru Tatul Petrosyan deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti Qərbin marionetkasına çevrilmək üçün hər şeyi edir. Bunun üçün Türkiyə regionda həlledici rol oynayır.

“Rus sərhədçiləri Ermənistanı tərk edən kimi türklər yeni sərhəd çəkmək lazım olduğunu deyəcəklər. Çünki Sovet hökuməti mövcud deyil və Ermənistanın əvvəlki sərhədləri yoxdur. Paşinyan deyir ki, delimitasiya üçün hələ də xəritələr yoxdur. Hər bir halda onlar azərbaycanlılara uyğun olan xəritəni əsas götürəcəklər”.

Petrosyanın sözlərinə görə, hazırda Ermənistan ətrafında gedən proseslər təhlükəli nəticələrə gətirib çıxara bilər.

“Bunu dayandırmaq üçün hökumətin əleyhdarlarının səylərini birləşdirmək və onları aradan götürmək lazımdır. Bizim vaxtımız yoxdur”, – Petrosyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az