baki 112

“Ən çox deportasiya qanunsuz əmək fəaliyyəti və müddətdən artıq qeydiyyatsız yaşama ilə bağlı olur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsinda media məlumatlılığı” mövzusunda jurnalistlərin suallarını cavanlandıran zaman deyib.

O bildirib ki, əksər halda kiminsə vizasının müddəti bitir, o da 5-10 gün sonra ölkəni tərk edirsə, həmin şəxslər deportasiya olunmur:

“Burada söhbət üç ay, beş ay və ya daha uzun müddət qanunsuz qalmaqdan gedir. Yaxud şəxs bir dəfə bu pozuntuya yol verib cərimə ödəyib, amma növbəti girişində yenidən eyni pozuntunu təkrarlayır. Və qanunsuz əmək fəaliyyəti göstərənlər deportasiya olunur. Bu qanunsuz əmək fəaliyyəti adətən qeydiyyatsız yaşamaqla nəticələnir. Şəxslər cərimə ödəyirlər və bəzən düşünürlər ki, nə qədər uzun müddət qanunsuz yaşasalar da, qala bilərlər. Bəzi hallarda isə bəyan edilmiş məqsəddən kənar fəaliyyət olur. Şəxs ölkəyə turist kimi daxil olur, amma başqa fəaliyyətlə məşğul olur. Ümumiyyətlə, ölkədən kənara çıxarma əsasən bu hallarla bağlıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: