fe6b77d0c5f5b82d3621501b4aaa074f

Saatlı sakini əmisini bıçaqlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azadkənd kəndində qeydə alınıb.

Bir neçə gün qabaq Sücəddin Səmədov Respublika Psixiatrik xəstəxanasında müalicə kursunu başa vurub rayona qayıdıb. Bu zaman əmisi Cəmaləddin Səmədov ona “dəli” deməsi səbəbindən Sücəddin Səmədov onu bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş: